Təmirsiz mənzil: təmirə hansı ardıcıllıqla başlamaq lazımdır
Təmirsiz təhvil alınan mənzildə işlərin düzgün sırası: layihədən elektrikə, suvaqdan mebelə qədər.
Təmirsiz mənzilin üstünlüyü odur ki, hər şeyi öz zövqünə görə qurursan və başqasının seçdiyi plitəni sökməli olmursan. Amma işlərin sırası səhv olanda pul və vaxt itir.
1. Dizayn layihəsi və ölçülər
İşə ölçü və plandan başla. Mebelin yerini, rozetkaları, işıq nöqtələrini və santexnikanı əvvəlcədən kağız üzərində qərarlaşdır. Sonradan divarı deşmək həmişə baha başa gəlir.
2. Arakəsmələr və kobud işlər
Plan dəyişikliyi varsa, əvvəlcə arakəsmələr qurulur. Ümumi divarlarla bağlı dəyişikliklər üçün mütləq idarəetmə ilə razılaşdır.
3. Elektrik və santexnika xətləri
Kabellər və borular suvaqdan əvvəl çəkilir. Kondisioner, isti döşəmə, kombi üçün xətləri bu mərhələdə unutma.
4. Suvaq, şap, pəncərə yamaqları
Divarlar və döşəmə hamarlanır. Şap qurumadan üzərinə laminat və ya parket döşəmək olmaz, quruma vaxtını ustaya soruş.
5. Plitə, tavan, rəng
Hamam və mətbəx plitələri, asma tavan, sonra divar rəngi. 3,3 metrlik tavan gizli işıqlandırma və ya asma tavan üçün yer saxlayır.
6. Döşəmə, qapılar, mebel
Ən təmiz işlər sonda gəlir. Mətbəx mebelini ölçü götürmə vaxtından sifariş et, çünki istehsal həftələrlə çəkə bilər.
Köçmə və material daşıma üçün yük liftindən istifadə qaydalarını idarəetmədən öyrən: Lake City-də hər blokda ayrıca yük lifti var.

